“Beşiktaş” bir çox aparıcı futbolçusunu “Neftçi” ilə oyuna gətirmədi

9 Avqust 2023 16:00 Türkiyə 1 181
“Beşiktaş” bir çox aparıcı futbolçusunu “Neftçi” ilə oyuna gətirmədi

Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Beşiktaş”ın Bakıya gətirəcəyi heyət açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu gün Azərbaycana yollanacaq komandanın heyətində 23 oyunçu yer alacaq.

Onlardan 3-ü qapıçı, 6-sı müdafiəçi, 10-u yarımmüdafiəçi, 4-ü hücumçudur.

Baş məşqçi Şenol Günəş iştirak ərizəsində yer alan Emir Yaşar, Göktuğ Baytekin, Artur Masuaku, Aytuğ Kömeç, Raşid Gezzal, Berkay Vardar, Emirhan Delibaş, Cenk Tosun, Azad Dəmir və Mustafa Həkimoğlunun İstanbulda qalmalarını qərara alıb.

Qapıçılar: 1. Ersin Destanoğlu, 34. Mert Günok, 97. Utku Yuvakuran.
Müdafiəçilər: 3. Fransisko Montero, 4. Onur Bulut, 6. Omar Kolli, 12. Daniel Emerti, 24. Valentin Rosye, 77. Umut Meraş.
Yarımmüdafiəçilər: 8. Salih Uçan, 17. Kərəm Kesgin, 19. Amir Haciahmetoviç, 20. Necip Uysal, 21. Dəmir Tıknaz, 23. Kartal Yılmaz, 41. Oğuzhan Akgün, 71. Cin Onana, 83. Gedson Fernandeş, 99. Emrecan Bulut.
Hücumçular: 7. Ante Rebiç, 10. Vensan Abubakar, 40. Cekson Muleka, 90. Semih Kılıçsoy.

Avqustun 10-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Beşiktaş” görüşü saat 21:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti