"Beşiktaş" fanatları "Neftçi" ilə matçı canlı izləyə biləcəkmi?

9 Avqust 2023 01:20 Türkiyə 933
"Beşiktaş" fanatları "Neftçi" ilə matçı canlı izləyə biləcəkmi?

Konfrans Liqasının III təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Beşiktaş" UEFA tərəfindən cəzalandırılıb

Sportinfo.az xəbər verir ki, buna II təsnifat mərhələsinin "Tirana" ilə cavab matçında İstanbul təmsilçisinin azarkeşlərinin intizamsız davranışları səbəb olub.

Qitənin ali futbol qurumu Türkiyə klubunu 40 min avro məbləğində cərimələyib. Analoji hadisə təkrarlanarsa, Türkiyə klubu növbəti səfər oyununda azarkeş dəstəyindən məhrum olacaq.

"Neftçi" - "Beşiktaş" qarşılaşması 10 avqust tarixində saat 21:00-da "Neftçi" Arena"da baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti