“Qarabağ”da forma geyinən legionerə görə klubu “topa tutdular”

8 Avqust 2023 20:40 Türkiyə 5 724
“Qarabağ”da forma geyinən legionerə görə klubu “topa tutdular”

İbrahim Şehiçin Türkiyə karyerası başa çatıb.

Uzun illər qardaş ölkədə top qovan 34 yaşlı qapıçı bundan sonra Səudiyyə Ərəbistanında top qovacaq.

Sözügedən ölkənin “Əl-Halic” klubu Şehiçi “Konyaspor”dan transfer edib. Lakin keçidin maliyyə detalları açıqlanmır.

Türkiyəli fanatların sevgisini qazanan İbrahimin ayrılığı fanatları özündən çıxarıb. Onların “Konyaspor”un sosial media səhifələrində rəhbərliyi “top tutur”.

Azarkeşləri narahat edən komandanın kapitan sarğısını daşıyan Şehiçin hansı səbəbdən satılmasıdır. İddialarına görə, təcrübəli qolkiper karyerasını məhz Konyada başa vurmalıymış.

Başqa bir etiraz isə klubun Şehiçin gedişi üçün videoçarx hazırlamaması, ona sadə poster fotosu ilə uğur arzulamasıdır. Belə deyək, bu şəkildə yolasalma fanatların xoşuna gəlməyib.

İbrahim Şehiç 2013-2018-ci illər aralığında 180 oyunda “Qarabağ”ın formasını geyinməklə 5 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu başı üzərinə qaldırıb.

Bosniyalı komandanın qapısını qoruduğu dönəmdə azarkeşlərin ən sevimli futbolçularından olub və hələ də adı dillərdə gəzir.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti