“Beşiktaş” iki XOŞ XƏBƏR aldı - “Neftçi” ilə oyun ərəfəsində

7 Avqust 2023 11:20 Türkiyə 1 729
“Beşiktaş” iki XOŞ XƏBƏR aldı - “Neftçi” ilə oyun ərəfəsində

“Beşiktaş”In 2 zədəli futbolçusu Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək oyun ərəfəsində sağalıb.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi Raşid Gezzal və hücumçu Cenk Tosun bu gündən kollektivlə birlikdə məşqlərdə iştirak edəcəklər.

Ötən mövsümün son turunun matçında zədələnən Tosun iki aydır yaşıl meydanlardan uzaqdırsa, əlcəzairli Gezzal yay təlim-məşq toplanışının son günlərində ayağından xəsarət almışdı.

Baş məşqçi Şenol Gün'ş onlardan ən azı birini Bakıya yollanacaq heyətə daxil etməyi planlaşdırır.

“Beşiktaş”la “Neftçi” arasında ilk oyun avqustun 10-da “Neftçi Arena”da keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti