"Marsel"in hücumçusu “Neftçi” ilə qarşılaşmada debüt edəcək?

6 Avqust 2023 03:20 Türkiyə 1 889
"Marsel"in hücumçusu “Neftçi” ilə qarşılaşmada debüt edəcək?

Konfrans Liqasının III təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi "Marsel"də çıxış edən Ruslan Malinovski ilə danışıqlar aparır. Ukraynalı vingerlə şəxsi şərtlər razılaşdırılıb.

Klublar anlaşsa, keçid reallaşacaq.

Ruslan Malinovski ötən ilin yayından "Marsel"də çıxış edir. 30 yaşlı ön xətt oyunçusu Fransa təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

"Neftçi" ilə "Beşiktaş" arasında ilk oyun avqustun 10-da Bakıda, cavab görüşü isə bir həftə sonra İstanbulda baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti