“Beşiktaş”ın üç futbolçusu UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək ilk oyunu buraxa bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə İstanbul nəhənginin baş məşqçisi Şenol Günəş yerli mətbuata açıqlamasında deyib.
O bildirib ki, hücumçu Cenk Tosun və əlcəzairli yarımmüdafiəçi Raşid Qezzal növbəti həftənin əvvəlindən məşqlərə başlayacaqlar.
Onların Bakıdakı matçda oynayıb-oynamayacaqları hazırlıq durumlarından asılı olacaq.
Həmçinin, II raund çərçivəsində “Tirana” (Albaniya) ilə keçirilən cavab görüşündə zədələnərək əvəzlənən yarımmüdafiəçi Necip Uysalın durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.
avqustun 10-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” - “Beşiktaş” oyunu saat 21:00-da başlayacaq.

