"Qalatasaray" klubunda ayrılıq gerçəkləşib.
Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi Emre Kılınçla yollarını ayırıb.
28 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Emrenin yeni klubu da artıq bəllidir. Türkiyə millisinin sabiq üzvü Super Liqaya yüksələn "Samsunspor"la 3 illik sözləşmə imzalayıb.
Emre Kılınç 2020ci ilin yayından "Qalatasaray"da çıxış edirdi. Türk futbolçu son mövsümü icarə əsasında "Ankaragücü"nün heyətində keçirib.

