“Beşiktaş” millimizin sabiq futbolçusunu “Neftçi” üçün iştirak ərizəsinə saldı

5 Avqust 2023 13:20 Türkiyə 2 845
“Beşiktaş” millimizin sabiq futbolçusunu  “Neftçi” üçün iştirak ərizəsinə saldı

Azərbaycanın U-19 millisinin sabiq futbolçusu Berkay Vardar “Beşiktaş”ın Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi” ilə keçirəcəyi oyunlar üçün iştirak ərizəsinə salınıb.

Sportinfo.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi 8 nəfərlik B siyahısında yer alıb.

Avqustun 10-da Bakıda, 17-də isə İstanbulda baş tutacaq qarşılaşmalarda baş məşqçi Şenol Günəşin sərəncamında ümumilikdə 5 qapıçı, 8 müdafiəçi, 13 yarımmüdafiəçi və 7 hücumçu olacaq.

Qapıçılar: 1. Ersin Destanoğlu, 34. Mert Günok, 63. Emir Yaşar, 94. Göktuğ Baytekin, 97. Utku Yuvakuran.

Müdafiəçilər: 3. Françisko Montero, 4. Onur Bulut, 6. Omar Kolli, 12. Daniel Emerti, 24. Valentin Rosye, 26. Artur Masuaku, 60. Aytuğ Kömeç, 77. Umut Meraş.

Yarımmüdafiəçilər: 8. Salih Uçan, 17. Kərəm Kesgin, 18. Raşid Gezzal, 19. Amir Haciahmetoviç, 20. Necip Uysal, 21. Dəmir Tıknaz, 22. Berkay Vardar, 23. Kartal Yılmaz, 27. Emirhan Delibaş, 41. Oğuzhan Akgün, 71. Cin Onana, 83. Gedson Fernandeş, 99. Emrecan Bulut.

Hücumçular: 7. Ante Rebiç, 9. Cenk Tosun, 10. Vensan Abubakar, 40. Cekson Muleka, 62. Azad Dəmir, 64. Mustafa Həkimoğlu, 90. Semih Kılıçsoy

2021-ci ildə Azərbaycanın U-19 yığmasının heyətində 3 oyun keçirən Berkay Vardar 2022-ci ildə Türkiyənin U-21 millisinə çağırılıb və 2 yoxlama matçlarında meydana çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti