"Yuventus"dan ayrılan hücumçu Türkiyə klubu ilə müqavilə imzaladı

3 Avqust 2023 01:40 Türkiyə 847
"Yuventus"dan ayrılan hücumçu Türkiyə klubu ilə müqavilə imzaladı

"Yuventus"un yollarını ayırdığı Mohamed İhattaren karyerasını Türkiyədə davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, 21 yaşlı hücumçu "Samsunspor"a keçib.

Niderlandlı hücumçu tibbi müayinədən keçdikdən sonra onunla 4 illik müqavilə imzalanacaq.

"Yuventus" Məhəmməd İhattareni 2021-ci ilin yayında PSV-dən transfer etmişdi. Gənc ön xətt oyunçusu "Sampdoriya" və "Ayaks"da icarə əsasında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti