“Qalatasaray” heyətini yeni qapıçı ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi “Qaziantep”dən Günay Güvençi transfer edib.
32 yaşlı qolkiper üçün Qaziantep təmsilçisinə 250 min avro təzminat ödənilib Futbolçu ilə 2026-cı ilin iyununa qədər müqavilə imzalanıb.
Günay Güvenç “Qaziantep”ə 2018-ci ilin yayında “Göztepe”dən keçmişdi. O, son mövsümün ikinci yarısını icarə əsasında “Kasımpaşa”da keçirib

