"Fənərbağça" Konfrans Liqasında növbəti oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi II təsnifat mərhələsinin cavab matçında Moldovada "Zimbru"nun qonağı olub.
Kişineuda "Zimbru" stadionunda oynanılan qarşılaşma "bülbüllər"in darmadağını ilə başa çatıb - 4:0.
Qolları 48-ci dəqiqədə Duşan Tadiç, 57 və 59-cu dəqiqələrdə Mişi Batşuayi, 77-ci dəqiqədə isə İsmail Yüksek vurub.
"Fənərbağça" Türkiyəki ilk matçda rəqibinə 5 cavabsız qolla qalib gəlmişdi. Beləliklə, III təsnifat mərhələsinə adlayan İstanbul klubu bu raundda "Maribor" (Sloveniya) / "Differdanj" (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq.
"Zimbru" (Moldova) - "Fənərbağça" (Türkiyə) 0:4
Qollar: Duşan Tadiç, 48. Mişi Batşuayi, 57; 59. İsmail Yüksek, 77
İlk oyun 0:5

