PSJ-nin daha bir futbolçusunu transfer edir - “Qalatasaray”

1 Avqust 2023 18:40 Türkiyə 1 024
PSJ-nin daha bir futbolçusunu transfer edir - “Qalatasaray”

“Qalatasaray” klubu PSJ-nin yarımmüdafiəçisi Leandro Paredesi transfer etməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, Türkiyə klubu artıq 6 milyon avro müqabilində argentinalını transfer etmək üçün Liqa 1 təmsilçisi ilə razılıq əldə edib.

Paredeslə 2027-ci ilə qədər nəzərdə tutulan müqavilənin imzalanacağı gözlənilir.

Futbolçu ötən mövsümü icarə əsasında “Yuventus”da keçirib. O, “qoca sinyora”nın heyətində 35 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

“Aslanlar” yay transfer pəncərəsində PSJ-dən forvard Mauro İkardinin də transferini yekunlaşdırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti