“Beşiktaş”la müqavilə bağladı - "Milan”ın ulduzu

1 Avqust 2023 10:20 Türkiyə 1 008
“Beşiktaş”la müqavilə bağladı -

“Milan”ın xorvat futbolçusu Ante Rebiç “Beşiktaş”a keçib.

Sportinfo.az xəbər verir ki, bu barədə İstanbul klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

29 yaşlı futbolçu ilə 2 illik sözləşmə imzalanıb. “Beşiktaş”a azad agent kimi keçən yarımmüdafiəçi buna görə 280 min avro imza pulu alacaq.

Təcrübəli oyunçu yeni klubunda ilinə 2,5 milyon avro qazanacaq.

Rebiç 2020-ci ildən oynadığı “Milan”da 123 oyuna 29 qol vurub, 17 assist edib. O, karyerası ərzində “Ayntraxt” (Frankfurt), “RNK Split”, “Fiorentina”, “Leypsiq” və “Verona” kimi klubların da formasını geyinib,

Xorvatiya yığmasında 42 oyuna 3 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti