"Fənərbaxça" müqavilə imzaladı – Sloveniya yığmasının yarımmüdafiəçisi ilə

1 Avqust 2023 00:20 Türkiyə 756
"Fənərbaxça" müqavilə imzaladı – Sloveniya yığmasının yarımmüdafiəçisi ilə

"Fənərbaxça" Miha Zaytsla bağlı qərar verib.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi müqaviləsi başa çatan sloveniyalı yarımmüdafiəçi ilə yola davam edəcək.

Super Liqa klubu 29 yaşlı orta xətt oyunçusunun sözləşməsini 2026-cı ilin yayına kimi uzadıb.

"Fənərbaxça" Miha Zaytsı 2019-cu ilin yayında "Empoli"dən transfer edib.

Sloveniya millisinin üzvü son mövsümdə "sarı-lacivərtlilər"in heyətində meydana çıxdığı 34 rəsmi matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti