Bundesliqa klubunun futbolçusu ilə anlaşdı - “Qalatasaray”

31 İyul 2023 18:40 Türkiyə 837
Bundesliqa klubunun futbolçusu ilə anlaşdı - “Qalatasaray”

“Bayer”in (Leverkuzen) futbolçusu Kərəm Dəmirbay “Qalatasaray” ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

Sportinfo.az xəbər verir ki, müqavilə 2026-cı ilə qədər nəzərdə tutulub.

Tezliklə klublar arasında müqavilə rəsmi olaraq açıqlanacaq.

Dəmirbay son dörd mövsümü Bundesliqa klubunda keçirib. O, komandanın heyətində bütün yarışlarda 149 oyun keçirib, 15 qol vurub və 27 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti