"Konyaspor"da çıxış edən İbrahim Şehiç karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Sportinfo.az xəbər verir ki, bosniya və herseqovinalı qolkiper "Əl Xalic"ə keçəcək.
Bu barədə türkiyəli jurnalist Yılmza Çelik məlumat yayıb. 34 yaşlı "əlcək sahibi" yaxın günlərdə klubla müqavilə imzalayacaq.
İbrahim Şehiç 2013-2018-ci illər arasında "Qarabağ"da çıxış edib. Təcrübəli qapıçı Ağdam təmsilçisinin heyətində 168 rəsmi matçda meydana çıxıb.

