"Qalataasaray" Mauro İkardinin transferini yekunlaşdırıb.
Sportinfo.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
"Sarı-qırmızılar" argentinalı hücumçu üçün PSJ-yə 4 il ərzində 10 milyon avro təzminat ödəyəcək.
30 yaşlı forvard "cim bom"la 3 illik müqavilə imzalayıb. Onun illik maaşı 6 milyon avro olacaq.
Mauro İkardi son mövsümü icarə əsasında "Qalatasaray"da keçirib.
Təcrübəli hücumçu "cim bom"un heyətində meydana çıxdığı 26 rəsmi matçda 23 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

