"Zenit"dən müdafiəçi transfer etməyi planlaşdırır - "Fənərbaxça"

30 İyul 2023 21:00 Türkiyə 738
"Zenit"dən müdafiəçi transfer etməyi planlaşdırır -

"Fənərbaxça" "Zenit"dən oyunçu transfer etməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi Nuralı Alip üçün Sankt-Peterburq klubu ilə danışıq aparır.

Artıq “Fənərbaxça” futbolçunun transferi üçün ilk təklifi irəli sürüb. Rusiya çempionu müdafiəçisi üçün 5 milyon avro tələb edir.

İstanbullular isə qazaxıstanlı futbolçu üçün 2,5-3 milyon avro ödəmək niyyətindədir.

Əslində, “Beşiktaş” da Alip üçün danışıq aparıb. Sadəcə onlar futbolçunun transfer qiymətini öyrəndikdən sonra ondan vaz keçib.

23 yaşlı Alip bu mövsüm "Zenit"in heyətində 1 oyun keçirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti