"Beşiktaş"ın futbolçusu Umut Meraş avtomobil qəzası keçirib.
Sportinfo.az xəbər verir ki, hadisə İstanbulun Çekmeköy bölgəsində baş verib.
Futbolçu qəzada hər hansı xəsarət almayıb. Lakin onun avtomobili ciddi ziyan görüb.
"Beşiktaş" Umut Meraşı 2021-ci ilin yayında Fransanın "Lö Havr" klubundan transfer edib. 27 yaşlı sol cinah müdafiəçisi İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 46 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.

