“Milan”ın hücumçusunu transfer edir - “Beşiktaş”

28 İyul 2023 22:00 Türkiyə 675
“Milan”ın hücumçusunu transfer edir - “Beşiktaş”

Xorvatiyalı hücumçu Ante Rebiç “Milan”dan Türkiyənin “Beşiktaş” klubuna keçə bilər.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı futbolçu tibbi müayinədən keçmək üçün sabah İstanbula uçacaq.

Onun transfer məbləği 1,5 milyon avro təşkil edəcək. Rebiç özü ildə 2,5 milyon avro qazanacaq. Müqavilə 2025-ci ilə qədər nəzərdə tutulacaq.

Xorvatiyalı futbolçu “Milan”a 2019-cu ildə Frankfurt “Ayntraxt”ından keçib. O, İtaliya klubunun heyətində 127 oyun keçirib, 29 qol vurub və 14 məhsuldar ötürmə verib.

Rebiç 2021/2022 mövsümündə Milan klubu ilə İtaliya çempionu olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti