Muslera 12 ildən sonra "Qalatasaray"dan ayrılacaq

28 İyul 2023 10:20 Türkiyə 1 707
Muslera 12 ildən sonra "Qalatasaray"dan ayrılacaq

"Qalatasaray"ın qapıçısı Fernando Muslera növbəti mövsümün sonunda komandadan ayrılacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin vitse-prezidenti Erdem Timur məlumat verib.

Klub rəsmisi 2023/2024 mövsümünün uruqvaylı qolkiper üçün sonuncu olacağını bildirib:

"Muslera 13 ildir "Qalatasaray"dadır. O, klub tarixinin ən önəmli fiqurlarındandır. Bu mövsüm onun üçün sonuncudur. Hər futbolçu yaşı artdıqca gələcəyi ilə bağlı planlar qurur".

"Qalatasaray" Fernando Musleranı 2011-ci ilin yayında "Latsio"dan transfer edib. 37 yaşlı qolkiper "sarı-qırmızılar"ın heyətində 457 rəsmi matçda meydana çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti