"Fənərbaxça" macar müdafiəçisini Bundesliqaya satdı - 12,3 milyon avroya

24 İyul 2023 21:40 Türkiyə 813
"Fənərbaxça" macar müdafiəçisini Bundesliqaya satdı - 12,3 milyon avroya

"Hoffenhaym" müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi "Fənərbaxça"dan Atilla Salaini rənglərinə bağlayıb.

Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.

Türkiyə klubu 25 yaşlı mərkəz müdafiəçisinin keçidindən 12,3 milyon avro gəlir əldə edib. Macarıstan millisinin üzvü "Hoffenhaym"la 5 illik müqavilə imzalayıb.

"Fənərbaxça" Atilla Salaini 2021-ci ilin yanvar ayında "Apollon"dan transfer edib. O, son mövsümdə komandanın heyətində 52 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti