"Qalatasaray" polşalı müdafiəçinin xidmətində maraqlıdır

21 İyul 2023 01:30 Türkiyə 940
"Qalatasaray" polşalı müdafiəçinin xidmətində maraqlıdır

"Qalatasaray" müdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi "Legiya"da çıxış edən Maik Narkoçki ilə maraqlanır.

"Sarı-qırmızılar" 22 yaşlı mərkəz müdafiəçisi üçün Varşava klubuna rəsmi təklif göndərəcək.

Polşalı arxa xətt oyunçusunu "Seltik" də transfer etmək istəyir.

"Legiya" Maik Narkoçkini ötən ilin yayında "Verder"dən transfer edib. O, komandanın heyətində meydana çıxdığı 60 rəsmi matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM