“Ötən mövsüm Mahir Emreli var idi, ayrıldı, yerinə heç kim alınmadı”

20 İyul 2023 20:20 Türkiyə 1 699
“Ötən mövsüm Mahir Emreli var idi, ayrıldı, yerinə heç kim alınmadı”

“Konyaspor”un baş məşqçisi Aleksandar Stanoyeviç Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin komandadan gedişinə görə narazıdır.

Sportinfo.az-ın yerli mətbuata istinadən məlumatına görə, serbiyalı mütəxəssis 25 yaşlı hücumçunun boşluğunun doldurulmadığını açıqlayıb.

Stanoyeviç bu üzdən hücum xəttində problem yaşadıqlarını söyləyib:

“Ötən mövsüm heyətimizdə Mahir Emreli və Mame Diuf var idi. Ancaq onlar komandadan ayrıldılar və yerlərinə heç kim alınmadı. Hücum xəttindəki boşluğu doldurmalıyıq”.

2022/2023 mövsümünün ikinci dövrəsini icarə əsasında “Konyaspor”da keçirən Mahir Emreli yay fasiləsində müqavilə ilə məxsus olduğu Xorvatiya “Dinamo”suna (Zaqreb) qayıdıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti