Heyətini braziliyalı hücumçu ilə gücləndirdi - Super Liqa klubu

18 İyul 2023 15:20 Türkiyə 1 097
Heyətini braziliyalı hücumçu ilə gücləndirdi - Super Liqa klubu

“İstanbulspor” növbəti transferini rəsmiləşdirib.

Sportinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi Albaniyanın “Eqnatiya” komandasının braziliyalı hücumçusu Cekson Kenionu heyətinə qatıb.

Sol cinah vingeri ilə 5 illik müqavilə imzalanıb. Türkiyə klubu bu transfer üçün “Eqnatiya”ya 400 min avro ödəyib.

2020-ci ildən “Eqnatiya”da forma geyinən 24 yaşlı futbolçu bu komandada 98 oyuna 18 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM