Tanınmış forvardla 2 illik müqavilə imzaladı - “Fənərbaxça”

17 İyul 2023 10:20 Türkiyə 595
Tanınmış forvardla 2 illik müqavilə imzaladı - “Fənərbaxça”

“Ayaks”dan ayrılan Duşan Tadiçin “Fənərbaxça”ya keçidi rəsmiləşib.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi 34 yaşlı forvardla 2 illik müqavilə imzalandığını açıqlayıb.

Tadiç yeni komandasında ilinə 4,2 milyon avro qazanacaq. O, Türkiyə klubunda 10 nömrəli formanı geyinəcək.

Tadiç 2018-ci ildən “Ayaks”da çıxış edirdi. Təcrübəli futbolçu “Sauthempton”, “Voyvodina”, “Tvente” və “Qroningen”də də oynayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti