“Bakı”da işləmiş əfsanə “Qalatasaray”lı yenə işsiz qaldı

10 İyun 2023 01:20 Türkiyə 590
“Bakı”da işləmiş əfsanə “Qalatasaray”lı yenə işsiz qaldı

Türkiyənin birinci liqasında "Çaykur Rizespor”u çalışdıran Bülent Korkmaz vəzifəsindən ayrılıb.

Sportinfo.az xəbər verir ki, klub 2022-ci ilin fevral ayından burada çalışan baş məşqçi ilə müqavilə müddətini yeniləməyib.

"Çaykur Rizespor" cari mövsüm birinci dəstədə 68 xalla ikinci yeri tutub və yeni mövsümdən Türkiyə Superliqasında mübarizə aparmaq hüququ qazanıb.

"Qalatasaray”ın 54 yaşlı əfsanəsi 2009/2010 mövsümündə Azərbaycan Premyer Liqasında "Bakı"nı çalışdırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti