Tanınmış hücumçu "Fənərbaxça"ya “hə” deyir - 4 milyon avro, 2 illij müqavilə

9 İyun 2023 15:40 Türkiyə 998
Tanınmış hücumçu "Fənərbaxça"ya “hə” deyir - 4 milyon avro, 2 illij müqavilə

"Fənərbaxça" hücum xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəfi "İnter"lə müqaviləsi başa çatan Edin Cekodur.

"Fənərbaxça" 37 yaşlı forvarda illik 4 milyon avro olmaqla 2 illik müqavilə təklif edib. Təcrübəli futbolçunun bu təklifə isti yanaşdığı bildirilir.

"İnter" Edin Cekonu 2021-ci ilin yayından "Roma"dan transfer edib.

Bonsiya və Herseqovina millisinin üzvü bu mövsüm Milan təmsilçisinin heyətində meydana çıxdığı 51 rəsmi matçda 14 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti