Ərəblər "Qalatasaray"ın istədiyi forvardı transfer edir?

8 İyun 2023 15:20 Türkiyə 683
Ərəblər "Qalatasaray"ın istədiyi forvardı transfer edir?

"Marsel"in hücumçusu Aleksis Sançes Səudiyyə Ərəbistanına yollana bilər.

Sportinfo.az xəbər verir ki, çililiyə "Əl-Fateh"dən sərfəli təklif gəlib.

"Qalatasaray"ın da transfer siyahısında yer alan Sançesin hansı qərarı verəcəyi dəqiq bilinmir. "Əl-Fateh" təcrübəli forvarda iki illik müqavilə təklif edib.

Təkliflərə baxmayaraq, "Marsel" hücumçusunu saxlamaq niyyətindədir.

Digər Xəbərlər
Xəbər Lenti