Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Konyaspor"dan ayrılır.
Sportinfo.az xəbər verir ki, bu barədə 25 yaşlı hücumçu özünün instaqram səhifəsində paylaşım edib.
Forvard "Hər şey üçün təşəkkürlər, "Konyaspor" yazıb.
Son 5 ayı icarə əsasında Türkiyə klubunda keçirən 26 yaşlı forvard müqavilə ilə məxsus olduğu "Dinamo"ya (Zaqreb) qayıdacaq.

