Mahir Emreli bu axşam "Beşiktaş"a da qol vurmasa…

7 İyun 2023 14:20 Türkiyə 1 980
Mahir Emreli bu axşam "Beşiktaş"a da qol vurmasa…

Bu gün Türkiyə superliqasında 2022/23 mövsümünün son matçları keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Konyaspor" səfərdə "Beşiktaş"la qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Hazırda "Beşiktaş" 35 oyundan 77 xalla 3-cü, "Konyaspor" isə 35 matçdan 50 xalla 8-ci yeri tutur.

Bu görüşdən sonra M.Emrelinin gələcək karyerasına aydınlıq gəlməlidir. Onun "Konyaspor"la müqaviləsi məhz cari mövsümün sonu başa çatır.

Emrelinin müqavilə ilə məxsus olduğu Zaqreb "Dinamo"suna qayıdıcağı, "Konyaspor"da qalacağı, yoxsa başqa kluba keçəcəyi haqda hələ məlumat yoxdur.

Bununla belə, M.Emreli özü "Konyaspor"da qalmaq istədiyini gizlətməyib. Bu mənada, "Beşiktaş"la bugünkü qarşılaşma onun karyerasına təsir edə biləcək oyun ola bilər.

Qışda "Konyaspor"a keçən Emreli Türkiyə superliqasında 11 oyunda iştirak edib və 1 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti