"Beşiktaş"ın futbolçusu Atiba Hatçinson bu mövsüm klubla yollarını ayıracaq.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun saytında məlumat yayılıb.
40 yaşlı kanadalı oyunçunun ayrılmasına səbəb klubun onunla başa çatacaq müqaviləsini yeniləməməsidir.
A.Hatçinson Superliqada indiyə kimi 24 qol vurub.

