"Fənərbaxça" yeni mövsüm üçün hücum xəttini gücləndirməyi planlaşdırır.
Sportinfo.az xəbər verir ki, "sarı-lacivərtlilər"in əsas hədəfi icarə əsasında "Ümraniyespor"da çıxış edən Umut Nayırdır.
"Fənərbaxça" 29 yaşlı türk forvardın müqavilə ilə məxsus olduğu "Eyüpspor"la danışıqlara başlayacaq.
Umut Nayır cari mövsümdə "Ümraniyespor"un heyətində meydana çıxdığı 32 rəsmi matçda 17 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

