Türkiyə millisinin sabiq futbolçusu Burak Yılmaz peşəkar karyerasını başa vurub.
Sportinfo.az xəbər verir ki, 37 yaşlı hücumçu qərarını keçirdiyi mətbuat konfransında açıqlayıb.
Burak Yılmaz karyerası ərzində ölkəsinin “Beşiktaş”, “Fənərbaxça”, “Qalatasaray”, “Trabzonspor”, “Əskişəhərspor”, “Manisaspor”, “Antalyaspor”, Çinin “Beytsin Qoan”, Fransanın “Lill” və Niderlandın “Fortuna Sittard” klublarında çıxış edib.
Türkiyə yığmasında 77 oyun keçirən keçmiş futbolçu 31 qol vurub. Yılmaz Niderlandın “Fortuna Sittard” komandası ilə yollarını ayırdığını bildirib.
“Bu gün bütün ölkəmə karyeramı bitirdiyimi elan etmək istəyirəm. Çox xoşbəxtəm və qürur duyuram.
4 böyük klubda oynamaq hər bir gəncin arzusudur və bu, mənim üçün bir nemət oldu. Onların qapılarını üzümə açması çox dəyərlidir.
Türkiyənin ən böyük və Avropanın mühüm məşqçiləri ilə çalışmışam. 22 illik təcrübəm var, amma bəlkə də buna daha çox ehtiyacım var”, - deyə Yılmaz vurğulayıb.
Yılmaz gələcək hədəflərindən söz açıb:
“Birinci prioritetim mənə uyğun bir layihə var. Mən mütləq meydanda olmaq istəyirəm. S
öz verirəm ki, türk futbolu üçün nə lazımdırsa, onu da edəcəm. Mən bəzi şeyləri dəyişdirmək üçün çalışıram”.

