Messi PSJ-ni tərk edəcəyini dedi – SON SÖZ

4 İyun 2023 00:10 Türkiyə 889
Messi PSJ-ni tərk edəcəyini dedi – SON SÖZ

Sportinfo.az xəbər verir ki, Lionel Messi PSJ-ni tərk edəcək.

Bu barədə argentinalı futbolçu özü açıqlama verib.

“PSJ-ni təmsil etmək fürsətim olduğu üçün xoşbəxtəm. Bu komandada, belə yaxşı oyunçularla oynamaq mənə çox xoş idi. Parisdəki möhtəşəm təcrübəyə görə kluba təşəkkür edirəm”, - deyə L.Messi söyləyib.

Messi 2021-ci ilin yayında “Barselona”dan ayrıldıqdan sonra azad agent kimi PSJ-yə keçib.

O, klubun heyətində bütün turnirlərdə 74 oyun keçirib, 32 qol, 35 məhsuldar ötürmə ilə yadda qalıb.

Messi PSJ-də iki dəfə Fransa çempionu olub, bir dəfə isə ölkə Super Kubokunu qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 17:30 Çək və bizə göndər!
15 İyun 07:50 Pensiyanız ARTA BİLƏR
15 İyun 02:50 Özbəkistanda 1-ci oldu