Bakıya gəlmiş argentinalı hücumçu “Aşkın Olayım” oxudu - VİDEO

24 May 2023 10:20 Türkiyə 671
Bakıya gəlmiş argentinalı hücumçu “Aşkın Olayım” oxudu - VİDEO

Türkiyə Super Liqasında çempionluğa ən güclü namizəd olan “Qalatasaray”ın ulduzu Mauro İkardi diqqətləri üzərinə çəkib.

Sportinfo.az xəbər verir ki, o, türkiyəli ifaçı Simge Sağının "Aşkın Olayım" mahnısını oxuyarkən çəkdirdiyi anları sosial media hesabında paylaşıb.

Argentinalı hücumçu paylaşımına ifaçının adını işarələyərək, “Bağışla məni Simge, sənin oxuduğun kimi deyil, “Qalatasaray” azarkeşi kimi oxumağa çalışıram" deyib.

“Sarı-qırmızılı” klubun azarkeşləri Simge Sağının bu mahnısını İkardiyə həsr ediblər. İkardi hər dəfə qol vurduqdan sonra tribunalardan onun şərəfinə “Aşkın Olayım” sədaları ucalır.

Sözügedən anları təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”