
Türkiyə Super Liqasında 35-cü turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, lider "Qalatasaray" doğma meydanda "Sivasspor"u qəbul edib.
Qarşılaşma İstanbul təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 79-a yüksəldən "Qalatasaray" liderliyini davam etdirir. 37 xalı olan "Sivasspor" isə 13-cü yerdədir.
"Qalatasaray" - "Sivasspor" 2:0
Qollar: Mauro İkardi, 13, 63