COP29

"Konyaspor" Mahiri yayda Türkiyəyə saxlayacaq, yoxsa..?

17 May 2023 13:20 Türkiyə 1 119
"Konyaspor" Mahiri yayda Türkiyəyə saxlayacaq, yoxsa..?

Türkiyə superliqasında yarışan "Konyaspor"da gələcək günlərin ən önəmli məsələsi yeni mövsümün heyəti ilə bağlı olacaq.

Sportinfo.az xəbər verir ki, bu haqda Konyada nəşr olunan "Yeni Haber" qəzeti məlumat yayıb.

Bildirilib ki, klub prezidenti Fatih Özgökçen ötən həftə verdiyi açıqlamada baş məşqçi Aleksandar Stanoyeviçlə görüşəcəyini deyib.

Bu səbəbdən yerli media diqqəti müqaviləsi başa çatacaq oyunçulara yönəldir. Mövsümün sonu "Konyaspor"la müqaviləsi bitən oyunçular Mahir Emreli, Alexandro Pozuelo, Andreas Buxalakis, Marlos Moreno, Endri Çekici və Mame Biram Diofdur.

"Stanoyeviç Pozuelo, Mahir, Marlos və Dioufa müntəzəm olaraq heyətdə yer verir. Uyğun şərtlərlə razılaşma olsa, bu futbolçularla yola davam edilə bilər.

İstənilən performansı ortaya qoya bilməyən Paviçiç, Muriç və Uçeyə isə onlarla başqa klubdan təklif gəlsə, "qal" deyilməyəcək" deyə qəzetin yazısında bildirilir.

Bu qış icarə qaydasında "Konyaspor"a keçən M.Emrelinin müqavilə müddəti cari mövsümün sonu başa çatır. Bundan sonra onun müqavilə ilə məxsus olduğu Zaqreb "Dinamo"suna qayıdacağı da istisna deyil.

M.Emreli əvvəlki baş məşqçi Ante Çaçiçin dövründə heyətdə az yer alıb və bu səbəbdən Türkiyəyə yollanıb. Bu yaxınlarda isə Çaçiç istefaya göndərilib, onun yerinə İqor Bişçan təyin olunub.

Digər Xəbərlər
Xəbər Lenti
5 Oktyabr 19:30 Çək və bizə göndər!
5 Oktyabr 11:20 Çox qazanacaqsız!
5 Oktyabr 08:40 "Sabah"da yeni oyunçu
5 Oktyabr 04:00 Qapmıza 6 qol vurdular
5 Oktyabr 02:40 Qazaxıstana məğlub olduq
5 Oktyabr 02:30 Nə vaxt qayıdacaqlar?