Mahir Emrelinin "Beşiktaş"a qol vurduğu oyundan VİDEOREPORTAJ

9 İyun 2023 02:20 Türkiyə 1 391
Mahir Emrelinin "Beşiktaş"a qol vurduğu oyundan VİDEOREPORTAJ

Türkiyə Super Liqasında 2022/2023 mövsümünün sonuncu - 38-ci turunun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin şərəfini qoruduğu "Konyaspor" səfərdə "Beşiktaş"ın qonağı olub.

Qarşılaşma 3:3 hesablı bərabərliklə başa çatıb.

Mahir Emreli də bu görüşün iştirakçısı olub. 46-cı dəqiqədə meydana daxil olan 26 yaşlı forvard 1 dəqiqə sonra qol vurub.

Bu nəticədən sonra xallarını 41-ə çatdıran "Konyaspor" çempionatı 8-ci pillədə başa vurub.

"Beşiktaş" isə 2-ci olmaq şansını əldən verərək, 78-ci xalla "Fənərbağça"dan sonra 3-cü yeri tutub.

Mahir Emreli müqavilə ilə Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna məxsusdur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti