Şenol Günəş: "Bakıya qələbə üçün gəlməmişdik"

13 May 2023 20:30 Türkiyə 1 123
Şenol Günəş: "Bakıya qələbə üçün gəlməmişdik"

Sportinfo.az xəbər verir ki, “Beşiktaş”ın baş məşqçisi Şenol Günəş “Sabah”la matçdan (3:3) sonra keçirilən mətbuat konfransında sualları cavablandırıb.

- Bakıya dostluq matçı üçün gəlmişdik. "Sabah"a, Azərbaycan xalqına təşəkkür edirik. Matç dostluq ab-havasında başladı və 3:3 bitdi. İki tərəf də açıq futbol oynadı. Nəticə də dostluğun göstəricisidir. Burada olduğumuz üçün sevinirik. Oynamayanlara da şans verdik. Səməmiyyəti, sevgini görmək önəmli idi. Təşəkkür edirik.

- Stadion tam dolmuşdu. Azərbaycan Türkiyəyə zəlzəzələ zamnaı daim dəstək olan ölkələrdən idi. Azərbaycanda Superliqa matçını oynamağı düşünürsüz?

- Tək millət, iki dövlət anlayışını himn səslənəndə gördük. Gözəl futbolu insanlara izlətdirmək borcumuz idi. "Qarabağ", "Sabah" avrokuboklarda oynayacaq. "Qarabağ" bu mövzuda öndə idi. "Sabah" sonradan yaranmasına baxmayaraq eyni uğuru qazanacağını düşünürük. Təbii ki, avrokuboklarda oynamaq asan deyil. Bizim burada olmağımızın bir tərəfi də yardım idi. Bakıdan Türkiyəyə zəlzələ bölgəsinə unutmayacağımızı göstərmiş olduq. Bunun davamı da gələcək. Daha əvvəl verdiyimiz sözü bu gün həyata keçirdik. Duyğular və yəyəcan var idi. Hesabda geriyə düşsək də, sonda bərabərə qaldıq. Yaxşı nəticə idi. Ən önəmlisi, futbol adına gözəl həyəcan oldu. Azərbaycanın bütün komandalarına təşəkkür edirəm.

- Oyunun sonlarına yaxın Onur Bulutun səhhətində problem yarandı. Nə baş vermişdi?

- Onur Bulutun başı fırlanırdı. Durumuna baxacağıq. Oyunun əvvəlində top dəymişdi, heç nəyi yox idi. Sonlarda narahat oldu. Xəstəxanaya getdi.

- Üçüncü matçdır ki, Bakıda qalib gələ bilmirsiz...

- Bu, hazırlıq matçı idi. Digərləri rəsmi olmuşdu. Hazırlıq matçında qalib gəlsək də, udsaq da, önənmli deyildi. Bakıya qələbə üçün gəlməmişdik. Oynamayanları da oynatmaq istədik.

- "Sabah" ilk beş dəqiqədə iki qol vurdu. Bunu gözləyirdiz?

- Futbolda hər dəqiqə qol ola bilər. Əvvəlində və ya sonunda olması önəmli deyil.

- Stadionun 90 faizi "Beşiktaş"a azarkeşlik etməsi necə hiss idi?

- "Beşiktaş" böyük klubdur. Burada yetişən 10-12 yaşında uşaqlar var, bizim otelə gəlmişdilər, tanış olduq. "Beşiktaş" ailə komandasıdır.

- "Sabah"la "Beşiktaş" arasında gələcəkdə işbirliyi planları var?

- Hazırda belə plan yoxdur. Amma hər zaman Azərbaycan klubları ilə hər mənada dialoq qurmağa hazırıq. Hər iki tərəf üçün də faydalı olar.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"