"Beşiktaş" bu tarixdə Bakıya gələcək, bahalı oteldə qalacaq və...

8 May 2023 20:20 Türkiyə 945
"Beşiktaş" bu tarixdə Bakıya gələcək, bahalı oteldə qalacaq və...

"Sabah"la xeyriyyə matçında qarşılaşacaq "Beşiktaş"ın Bakıya səfər proqramı açıqlanıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Azərbaycan paytaxtına oyundan bir gün əvvəl - mayın 12-də gələcək.

Komandanı gətirəcək təyyarə Bakı vaxtı ilə saat 16:00-da havaya qalxacaq.

"Qara qartallar" "Hilton" hotelində məskunlaşacaqlar. Superliqa təmsilçisi oyundan dərhal sonra Türkiyəyə qayıdacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 18:00-da başlayacaq. Matçdan əldə edilən bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.

Digər Xəbərlər
Xəbər Lenti