"Beşiktaş" Azərbaycana nə vaxt gəlir, nə vaxt gedir?

6 May 2023 00:40 Türkiyə 553
"Beşiktaş" Azərbaycana nə vaxt gəlir, nə vaxt gedir?

"Beşiktaş" xeyriyyə matçında "Sabah"la qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, Türkiyə klubunun Bakıya səfər planları məlum olub.

Şenol Günəşin rəhbərlik etdiyi kollektiv oyundan bir gün əvvəl, axşam saatlarında çarter reysi ilə paytaxtımıza gələcək.

"Beşiktaş"ın Bakıda məşqi planlaşdırılmayıb.

İstanbul təmsilçisi matçdan dərhal sonra Türkiyəyə qayıdacaq. “Sabah” - “Beşiktaş” matçı mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 18:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti