Türkiyə nəhəngi razılığını aldı – İngilis vingerin

6 May 2023 00:10 Türkiyə 985
Türkiyə nəhəngi razılığını aldı – İngilis vingerin

"Fənərbaxça" yeni mövsüm üçün transfer fəaliyyətini davam etdirir.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi "Reyncers"in futbolçusu Rayan Kenti transfer etmək istəyir.

Türkiyə mediasının yazdığına görə, "sarı-lacivərtlilər" yayda Qlazqo təmsilçisi ilə sözləşməsi başa çatan 26 yaşlı vingerlə razılıq əldə edib. Mövsüm başa çatdıqdan sonra tərəflər arasında münasibətlər rəsmiləşdiriləcək.

"Reyncers" Rayan Kenti 2019-cu ilin yayında "Liverpul"dan transfer edib. İngilis yarımmüdafiəçi cari mövsümdə Şotlandiya klubunun heyətində meydana çıxdığı 44 rəsmi matçda 3 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM