
"Qalatasaray"da yeni müqavilə imzalanıb
Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi Barış Alper Yılmazın sözləşməsinin müddətini uzadıb.
Bu barədə "sarı-qırmızılar"ın mətbuat xidməti məlumat yayıb. 22 yaşlı vinger 2027-ci ilin yayına kimi "cim bom"a məxsus olacaq.
"Qalatasaray" Barış Alper Yılmazı 2021-ci ilin yayında "Ankara Keçiörengücü"dən transfer edib.
Türkiyə millisinin üzvü cari mövsümdə komandanın heyətində meydana çıxdığı 27 rəsmi matçda 7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.