Super Liqa klubunda yeni baş məşqçi təyinatı oldu

5 May 2023 00:20 Türkiyə 448
Super Liqa klubunda yeni baş məşqçi təyinatı oldu

“Girəsunspor”un yeni baş məşqçisi məlum olub.

Sportinfo.az xəbər verir ki, bir neçə gün öncə Hakan Keleş ilə yollarını ayıran Super Liqa təmsilçisi onu İrfan Buzla əvəz edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Amma tərəflər arasındakı müqavilənin müddəti açıqlanmayıb.

İrfan Buz daha öncə “Bursaspor”, “Gənclərbirliyi”, “Yeni Malatyaspor”, “Osmanlıspor”, “Samsunspor” və “Kasımpaşa”nın da baş məşqçisi olub.

“Girəsunspor” bu mövsüm keçirdiyi 30 oyunda 27 xal toplayıb və 16-cı pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti