Komandanı Super Liqaya yüksəltdi, işi yaxşı getmədi, istefa verdi

4 May 2023 18:20 Türkiyə 674
Komandanı Super Liqaya yüksəltdi, işi yaxşı getmədi, istefa verdi

“Girəsunspor”un baş məşqçisi Hakan Keleş istefa verib.

Sportinfo.az xəbər verir ki, istefaya Super Liqa təmsilçisinin cari mövsümdəki uğursuz çıxışı səbəb olub.

Belə ki, Girəsun təmsilçisi bu mövsüm keçirdiyi 30 oyuna 27 xal toplayıb və 16-cı pillədə qərarlaşıb. Komanda elitanı tərk etməyə əsas namizədlərdən biri hesab olunur.

Keleş 2020-ci ilin yayından “Girəsunspor”a rəhbərlik edirdi. Komanda Super Liqaya məhz 51 yaşlı mütəxəssisin rəhbərliyi altında yüksəlmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti