Türkiyə millisi Fransaya uduzdu – Bakıdakı Beynəlxalq Minifutbol Turnirindən FOTOLAR

3 May 2023 02:10 Türkiyə 825
Türkiyə millisi Fransaya uduzdu – Bakıdakı Beynəlxalq Minifutbol Turnirindən FOTOLAR

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində daha bir oyun keçirilib.

Sportinfo.az xəbər verir ki, B qrupunda yer alan Türkiyə və Fransa yığmaları Bakı Tennis Akademiyasında II tur matçında üz-üzə gəliblər.

Səhər saatlarında Ukraynaya 2:3 hesabı ilə məğlub olan türkiyəlilər budəfəki rəqiblə də bacarmayıblar. Görüş fransızların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün əvvəlki görüşlərində Gürcüstan İtaliyanı 4:2, Qazaxıstan CAR-ı 5:1 hesabı ilə məğlub edib, Çexiya və Serbiya isə 2:2 hesablı bərabərə qalıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti