"Konyaspor"un baş məşqçi Mahirə niyə şans verdiyini açıqladı

1 May 2023 00:50 Türkiyə 962
"Konyaspor"un baş məşqçi Mahirə niyə şans verdiyini açıqladı

Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" Türkiyə Super Liqasının 32-ci turunda doğma meydanda "Trabzonspor"u 2:1 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki. azərbaycanlı forvard bu qarşılaşmada 46-cı dəqiqədə meydana daxil olub.

Konyalıların baş məşqçisi Aleksandar Stanoyeviç 27 yaşlı forvardı ehtiyatda saxlamasının səbəbini açıqlayıb.

Serbiyalı mütəxəssis Mahiri zədədən qorumaq üçün ikinci hissədə meydana buraxdığını deyib:

"Zədələrinə görə Mahiri ikinci hissədə oyuna buraxdım. Həmlə edə bilmək üçün onu qorumaq istədim.

Mahiri meydana buraxmaqla oyunu dəyişməyi hədəflədik".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!