“Beşiktaş” İstanbul derbisində “Qalatasaray”a qalib gəldi - VİDEO

1 May 2023 00:00 Türkiyə 511
“Beşiktaş” İstanbul derbisində “Qalatasaray”a qalib gəldi - VİDEO

Türkiyə Superliqasında İstanbul derbisi keçirilib.

Sportinfo.az xəbər verir ki, 32-ci turda "Beşiktaş" evdə "Qalatasaray"ı qəbul edib.

"Vodafon Park" stadionunda oynanılan görüşdə meydan sahibləri hesabda 0:1 geridə olsa da, yekunda 3:1 hesablı qələbə qazanıb.

Bu komandalar arasındakı bundan əvvəlki oyunda "Qalatasaray" 2:1 hesabı ilə qalib gəlmişdi.

"Qalatasaray" turnir cədvəlində 70 xalla (30 oyun) 1-ci, "Beşiktaş" 65 xalla (31 oyun) 3-cüdür. "Fənərbaxça" isə 67 xalla (30 oyun) 2-cidir.

"Beşiktaş" - "Qalatasaray" -3:1
Qollar: İkardi, 20 (0:1), Saiss, 35 (1:1), Hadziahmetoviç, 58 (2:1), Abubakar, 90+4 (3:1)

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!