Pulunun bir hissəsindən imtina etdi, müqaviləsini pozdu – Braziliyalı müdafiəçi

29 Aprel 2023 00:20 Türkiyə 577
Pulunun bir hissəsindən imtina etdi, müqaviləsini pozdu – Braziliyalı müdafiəçi

“Trabzonspor” braziliyalı müdafiəçisi Bruno Peres ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Xəbərdə Peresin alacağı vəsaitin bir hissəsindən imtina etdiyi, yerdə qalan hissənin isə altı dəfəyə ödəniləcəyi bildirilib.

Peres “Trabzonspor”a 2021-ci ilin mayında “Roma”dan transfer edilmişdi. O, Türkiyə klubunun heyətində 46 oyuna 1 qol vurub. Lakin uzun müddət idi zədədən əziyyət çəkən futbolçu komandaya kömək edə bilmirdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti